Bakı. Trend:
Dekabrın 17-də ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşımaqda
şübhəli bilinən bir gəmiyə zərbə endirib.
Trend-in
məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı “X” sosial
şəbəkəsində yazıb.
“Kəşfiyyat xidməti gəminin Şərqi Sakit Okeanda narkotik
qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini və narkotik ticarəti
üçün istifadə edildiyini təsdiqləyib”, – deyə bildirilib. Həmçinin
bildirilib ki, zərbə nəticəsində dörd nəfər həlak olub. ABŞ
hərbçilərindən heç biri xəsarət almayıb.
Komandanlıq qeyd edib ki, “Cənub Nizə” əməliyyatının Birgə
Operativ Qrupu zərbəni müharibə naziri Pit Heqsetin göstərişi ilə
həyata keçirib.

