
Böyük Britaniya şirkətləri ABŞ-nin sanksiyalarına baxmayaraq, Venesuela limanlarına gələn tankerləri sığortalayır ki, bu da London və Vaşinqton arasında diplomatik qalmaqala səbəb ola bilər.
“Report”un məlumatına görə, bu barədə “The Daily Telegraph” xəbər verib.
Nəşrin məlumatına görə, üç tanker – “Kelly”, “Rene” və “Marbella” Venesuelanın Puerto-Xose limanındakı əsas terminalından neft yükləyərkən aşkar edilib. Qeyd olunur ki, gəmilərin hamısı Britaniya şirkəti “West of England P&I Club” tərəfindən sığortalanıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

