Rusiya və ABŞ bu həftə sonu Mayamidə Ukrayna ilə bağlı danışıqlar aparacaqlar – KİV

Baş səhifə

Bakı. Trend:

Rusiya və ABŞ nümayəndə heyətlərinin bu həftə sonu Florida
ştatının Mayami şəhərində Ukraynadakı münaqişənin həlli ilə bağlı
müzakirələr aparmaq üçün görüşməsi gözlənilir.

Trend-in məlumatına görə, bu barədə “Politico” qəzeti mənbələrə
istinadən xəbər verib.




Bildirilib ki, məsləhətləşmələrə Rusiya Federasiyası
Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya
Fondunun rəhbəri Kirill Dmitriyev, ABŞ Prezidentinin Ukraynada
nizamanlanma üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ
Prezidentinin kürəkəni Cared Kuşner daxil olacaq.