
Rusiya və ABŞ nümayəndələri Ukrayna məsələsi ilə bağlı danışıqları həftəsonu ABŞ-ın Mayami şəhərində keçirə bilərlər.
APA xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, tərəflər Ukraynadakı müharibə ilə bağlı mövqeləri müzakirə etmək üçün qeyri-rəsmi formatda görüş keçirməyi planlaşdırır.
Qeyd olunur ki, Rusiya nümayəndə heyətinə Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri, eyni zamanda Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxil olacaq.
ABŞ tərəfini isə Prezident Administrasiyasının xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner təmsil edəcək.

