Babək və Şahbuzda açıq hava idman qurğuları istifadəyə verilib

Baş səhifə
Babək və Şahbuzda açıq hava idman qurğuları istifadəyə verilib

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Babək rayonunun Cəhri qəsəbəsində və Şahbuz şəhərində sadə tipli açıq hava idman qurğuları istifadəyə verilib.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov, Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov və Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayevin iştirakı ilə yeni istifadəyə verilmiş açıq hava idman qurğularının təqdimatı baş tutub.

Qeyd edək ki, Dövlət Proqramına uyğun olaraq sadə tipli açıq hava idman qurğularının istifadəyə verilməsi prosesi muxtar respublikanın bütün rayonlarını əhatə edəcək. Bugünkü, o cümlədən ötən gün Babək şəhərində və Babək rayonunun Nehrəm qəsəbəsindəki təqdimatları nəzərə almaqla, siyahıda Şərur, Ordubad və Culfa şəhərləri, o cümlədən Sədərək rayonunun Sədərək kəndi, Kəngərli rayonunun Qıvraq qəsəbəsi də var.