“Qalatasaray” ulduz futbolçu üçün hərəkətə keçəcək

Baş səhifə

Bakı. Trend:

“Atletiko”nun hücumçusu Antuan Qrizmann karyerasını Türkiyə
Super Liqasında davam etdirə bilər.

Trend Türkiyə
KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” fransalı futbolçunu
transfer etmək istəyir.




İstanbul nəhəngi yayda heyətinə qata bilmədiyi Qrizmann üçün
yanvarda yenidən hərəkətə keçəcək. “Sarı-qırmızılar” 34 yaşlı
forvarda 2+1 illik müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Antuan Qrizmann bu mövsüm “Atletiko”nun heyətində
keçirdiyi 26 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib. Onun Madrid
klubu ilə müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə
tutulub.