Bakı.Trend:
Paytaxtda mənzildə bir nəfərin meyiti aşkarlanıb.
Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə
bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat
daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq
xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən
tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil
verilib.

