Bu il “IDDA Awards”a 8 nominasiya üzrə 162 nəfər müraciət edib

Baş səhifə

“IDDA Awards” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) hər il keçirdiyi bir müsabiqədir.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli deyib.

T.Kərimli qeyd edib ki, bu müsabiqədə iştirakçıların bilik və bacarıqları, gördükləri işləri qiymətləndirilir:

“Bu il müsabiqəyə 8 nominasiya üzrə 162 nəfər müraciət edib. Müraciətlər iki mərhələli şəkildə dəyərləndirilib. Bunlardan birincisində ictimai səsvermə yolu ilə vətəndaşlar səs verib, ikincisində isə 24 nəfərdən ibarət münsiflər heyəti tərəfindən onların bilik və bacarıqları dəyərləndirilib. Bu gün qaliblər elan olunur. Qaliblərə İRİA tərəfindən hədiyyə plaketləri və digər hədiyyələr təqdim olunacaq”.