Dmitri Pineviç: “Azərbaycanda indiyənədək 14 min Belarus traktoru istehsal olunub”

Baş səhifə
Dmitri Pineviç: Azərbaycanda indiyənədək 14 min Belarus traktoru istehsal olunub

Minsk və Bakı arasında ticari-iqtisadi tərəfdaşlıq ardıcıl olaraq güclənməkdə davam edir.

“Report” xəbər verir ki, bu barədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıqda sənaye kooperasiyası xüsusi əhəmiyyət kəsb edir. Diplomat Gəncə Avtomobil Zavodunda sistemli işin davam etdiyini qeyd edib.

O bildirib ki, burada bu günə qədər təxminən 14 min Belarus traktoru istehsal olunub.

“Paralel olaraq müəssisədə yanğınsöndürmə-xilasetmə və kommunal texnikasının istehsalı həyata keçirilir”, – D.Pineviç vurğulayıb.