Rusiya Zaporojyeyə zərbələr endirib, 26 nəfər yaralanıb

Baş səhifə
Rusiya Zaporojyeyə zərbələr endirib, 26 nəfər yaralanıb

Rusiya Zaporojye və onun ətraf ərazilərinə bomba zərbələri endirib, nəticədə 26 nəfər yaralanıb.

“Report”un Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz teleqram kanalında yazıb.

“Zaporojye və Zaporojye rayonuna düşmən hücumu nəticəsində azı 21 nəfər, o cümlədən bir uşaq yaralanıb. Yaşayış evləri dağılıb, infrastruktur obyekti və təhsil müəssisəsi zədələnib”, – o, teleqramda yazıb.

O, daha sonra yaralıların sayının 26-ya çatdığını bildirib.

İ.Fedorov həmçinin qeyd edib ki, bütün yaralılar lazımi tibbi yardım göstərilir.