
Bakı. Trend:
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında siyasi
və iqtisadi münasibətlər müasir dövrdə strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlmiş, qarşılıqlı etimada və uzunmüddətli maraqlara
əsaslanan əməkdaşlıq modeli kimi formalaşıb. Bu münasibətlər təkcə
ikitərəfli deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyət
kəsb edir. Azərbaycan ilə BƏƏ arasında siyasi və iqtisadi
münasibətlər müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə
yüksəlmiş, qarşılıqlı etimada və uzunmüddətli maraqlara əsaslanan
əməkdaşlıq modeli kimi formalaşıb. Bu münasibətlər təkcə ikitərəfli
deyil, həm də regional və qlobal kontekstdə əhəmiyyət kəsb
edir.
Siyasi etimad iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaradıb.
Azərbaycan–BƏƏ iqtisadi əlaqələri şaxələndirilmiş və artan xətt
üzrə inkişaf edir. Azərbaycan BƏƏ üçün Cənubi Qafqazda etibarlı
iqtisadi tərəfdaş, BƏƏ isə Azərbaycan üçün Yaxın Şərq və Körfəz
regionuna açılan mühüm bazar rolunu oynayır. BƏƏ Azərbaycanın
iqtisadiyyatına sərmayə qoyan əsas ərəb dövlətlərindən biridir.
BƏƏ-nin böyük maliyyə fondları və şirkətləri Azərbaycanı sabit
siyasi mühitə, əlverişli coğrafi mövqeyə və geniş inkişaf
potensialına malik ölkə kimi qiymətləndirir. Bu da investisiya
əməkdaşlığının uzunmüddətli olacağını göstərir.
Prezident İlham Əliyevin BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed
Al Nəhyanın dəvəti ilə bu ölkəyə səfəri iki dövlət arasında
strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha nümayiş
etdirir. Dövlət başçılarının mütəmadi qarşılıqlı səfərləri və şəxsi
münasibətləri ikitərəfli əlaqələrin dərinləşməsində həlledici rol
oynayır. Görüş zamanı siyasi dialoqun sabit və etibarlı xarakter
daşıdığı, regional və qlobal məsələlərdə mövqelərin çox vaxt
üst-üstə düşdüyü aydın şəkildə hiss olunur.
Görüşdə əməkdaşlığın siyasi çərçivədən kənara çıxaraq
iqtisadiyyat, enerji və xüsusilə bərpaolunan enerji sahələrini
əhatə etməsi xüsusi önəm daşıyır. BƏƏ-nin bu sahədə böyük maliyyə
və texnoloji imkanlara malik olması, Azərbaycanın isə yaşıl enerji
strategiyasını prioritet elan etməsi tərəflər üçün geniş əməkdaşlıq
imkanları yaradır. Bu baxımdan səfər, gələcəkdə konkret layihələrin
və investisiya təşəbbüslərinin reallaşmasına zəmin yaradan mühüm
mərhələ kimi dəyərləndirilə bilər.
Azərbaycan və BƏƏ arasında əlaqələrin yalnız rəsmi-siyasi
müstəvidə deyil, mədəni və humanitar sahələrdə də inkişaf etməsi
münasibətlərin uzunmüddətli və dayanıqlı xarakter daşıdığını
göstərir. Qarşılıqlı hörmətə əsaslanan bu əməkdaşlıq xalqlar
arasında daha sıx təmasların formalaşmasına xidmət edir.
Prezident İlham Əliyevin “Gələcəyin Oyunları 2025” turnirinin
açılış mərasimində iştirakı səfərə əlavə simvolik məna qatır. Bu
tədbir idmanın ənənəvi formaları ilə rəqəmsal texnologiyaların
sintezini özündə birləşdirərək gələcək nəsillərə və innovasiyaya
yönəlmiş baxışı təcəssüm etdirir. Azərbaycanın dövlət başçısının
belə bir tədbirdə iştirakı ölkənin müasir trendlərə,
rəqəmsallaşmaya və gənclər siyasətinə verdiyi önəmin göstəricisi
kimi də dəyərləndirilə bilər.
Səfər çərçivəsində Prezident İlham Əliyevin şərəfinə rəsmi
naharın verilməsi, tərəflər arasında mövcud olan yüksək səviyyəli
etimad və dostluq münasibətlərinin protokol səviyyəsində də
təsdiqidir. Bu cür jestlər diplomatik əlaqələrin səmimiliyini və
möhkəm təməl üzərində qurulduğunu göstərir.

