“Dinamo”nun yeni baş məşqçisi müəyyənləşib

Baş səhifə
Dinamonun yeni baş məşqçisi müəyyənləşib

Ukraynanın “Dinamo” (Kiyev) klubunun yeni baş məşqçisi müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın “sükanı arxasına” İqor Kostyuk dəvət olunub. 50 yaşlı mütəxəssis Aleksandr Şovkovskinin noyabrda gedişindən sonra baş məşqçi vəzifəsini müvəqqəti icra edirdi.

Qeyd edək ki, “Dinamo” Ukrayna Premyer Liqasında 16 turdan sonra 26 xalla 4-cü pillədə qərarlaşıb.