
Bakı. Trend:
Türkiyənin 39 vilayətində hüquq mühafizə və xüsusi xidmət
orqanları əməkdaşlarının iştirakı ilə FETÖ terror təşkilatına qarşı
geniş-miqyaslı əməliyyatlar keçirilib.
Trend xəbər verir
ki, bu barədə Türkiyə DİN rəhbəri Əli Yerlikayanın “X” səhifəsində
paylaşım edib.
O qeyd edib ki, 2 həftə ərzində aparılan əməliyyatlarda 160
nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərin
təşkilatın şifrəli rabitə proqramı olan “ByLock”dan istifadə
etdikləri, həmçinin taksafon vasitəsilə təşkilat üzvləri ilə əlaqə
saxladıqları müəyyən edilib.
Nazir açıqlamasında şübhəlilərin FETÖ-nün xarici işlər, hərbi,
təhsil, maliyyə və cari strukturları daxilində fəaliyyət
göstərdiklərini vurğulayıb. Eyni zamanda, əməliyyatlar zamanı
barələrində həbs qətimkan tədbiri və axtarış qərarı olan şəxslərin
də saxlanıldığı bildirilib.
Əməliyyatların Adana, Ankara, Antalya, Aydın, Bartın, Batman,
Bilecik, Bursa, Çanaqqala, Çorum, Dənizli, Ədirnə, Ərzurum,
Eskişehir, Qaziantep, Gümüşhane, Hatay, Isparta, İstanbul, İzmir,
Kahramanmaraş, Kars, Kayseri, Kırıkkale, Kırklareli, Kilis,
Kocaeli, Konya, Kütahya, Manisa, Mardin, Mersin, Nevşehir, Ordu,
Sakarya, Sinop, Şırnak, Təkirdağ və Tokat vilayətlərində həyata
keçirildiyi qeyd olunur.

