
Bakı. Trend:
Azərbaycanda lisenziyalaşdırma və icazə mexanizmləri ilə bağlı
normativ-hüquqi aktlarda dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla
bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektləri
ilə bağlı yeni lisenziya blanklarının formaları təsdiqlənib. Belə
ki, bu obyektlərin quraşdırılması və istismarı üçün ümumi
lisenziya, quraşdırılması üçün xüsusi lisenziya və istismarı üçün
xüsusi lisenziya blankları müəyyən edilib.
Bununla yanaşı, qaz sahəsində tətbiq olunan tələblərdə
terminoloji dəqiqləşmə aparılıb. Qaz qurğularının tikintisinə,
qurulmasına və istismarına dair tələblərdə “təbii qaz təsərrüfatı”
anlayışı “qaz təchizatı” anlayışı ilə əvəz olunub.
Qərar lisenziyalaşdırma proseslərinin təkmilləşdirilməsinə,
hüquqi mexanizmlərin daha aydın və effektiv tətbiqinə xidmət
edir.

