Dünyanın ən zəngin şəxsləri məlum olub

Baş səhifə

Bakı.Trend:

Dünyanın ən varlı 10 iş adamının ümumi sərvəti hazırda 2 trilyon
500 milyard ABŞ dollarını ötür. “Bloomberg”in yenilənmiş
Milyarderlər İndeksinə görə “SpaceX” və “Tesla” şirkətlərinin
qurucusu və Tesla şirkətinin sahibi İlon Mask 638 milyard dollarlıq
sərvəti ilə dünyanın ən varlı iş adamı olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, dünyanın ən varlı 10 iş adamından doqquzu ABŞ
vətəndaşı, biri isə fransızdır. Bu şəxslərdən səkkizi texnologiya
sektorunda fəaliyyət göstərir.

Siyahının zirvəsində yer alan İlon Mask ilin əvvəlindən bəri
sərvətini 205 milyard dollar artıraraq 638 milyard dollara çatdırıb
və dünyanın ən varlı insanı titulunu qoruyub saxlayıb. Bu artım
eyni zamanda onu siyahıda sərvəti ən çox artan şəxsə çevirib.

Maskın ardınca siyahıda, 265 milyard dollarlıq sərvəti ilə
“Google” şirkətinin həmtəsisçisi Larri Peyc gəlir. Peycin sərvəti
bu müddətdə 96 milyard 800 milyon dollar artıb.




Üçüncü yerdə isə 247 milyard dollarlıq sərvəti ilə “Google”un
digər həmtəsisçisi Sergey Brin qərarlaşıb. Brin bu il ərzində
sərvətini 88 milyard 200 milyon dollar artırıb.

Onun ardınca isə ABŞ mənşəli texnologiya və elektron ticarət
nəhəngi “Amazon”un sahibi Ceff Bezos 246 milyard dollarlıq sərvəti
ilə gəlir. Bezos ilin əvvəlindən bəri sərvətini 7 milyard dollar
artırıb.

ABŞ-nin texnologiya nəhəngi “Oracle”ın qurucusu Larri Ellison
238 milyard dollarlıq sərvəti ilə beşinci pillədə yer alıb. Ellison
ilin əvvəlindən bu yana sərvətinə əlavə olaraq 46 milyard 100
milyon dollar qatıb.

“Meta” şirkətinin sahibi Mark Zukerberqin sərvəti 21 milyard 500
milyon dollar artaraq 229 milyard dollara yüksəlib.

Fransız dəb brendlərinin sahibi Bernar Arnonun sərvəti də eyni
dövrdə 26 milyard 100 milyon dollar artaraq 202 milyard dollara
çatıb.