Kommersiya qurumlarının sayı 8%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin dekabr ayının 1-nə respublika üzrə uçotda olan 1.667.152
vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi
şəxslər və digər təşkilatlar olub.

Bu barədə Trend
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən
xəbər verir.

Məlumata görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi
ödəyicilərinin ümumi sayı 4,8 faiz, o cümlədən fiziki şəxslərin
sayı 4,5 faiz, hüquqi şəxslərin sayı 6,9 faiz artıb.




Dekabr ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı
ötən ilin eyni dövrünə nisbətən 7,5 faiz artaraq 203.001 vahid
təşkil edib.

2025-ci ilin yanvar – noyabr aylarında 12.957 kommersiya qurumu
dövlət qeydiyyatından keçib ki, onların 88,8 faizi yerli
investisiyalı, 11,2 faizi xarici investisiyalıdır. Kommersiya
qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli
investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının
xüsusi çəkisi 96,4 faiz təşkil edib.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi
şəxslərin 92 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar
cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.