SOCAR-ın prezidenti “ENOC Group”un İdarə Heyətinin üzvü və baş icraçı direktoru ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

SOCAR-ın prezidenti Rövşən Nəcəf “ENOC Group”un İdarə Heyətinin
üzvü və baş icraçı direktoru Hussein Lutah ilə görüşüb.

Trend xəbər verir ki, bu
barədə SOCAR məlumat yayıb.




Görüşdə şirkətlər arasında əməkdaşlıq məsələləri nəzərdən
keçirilib, cari ilin noyabrında SOCAR ilə “Dragon Oil” arasında
imzalanan Anlaşma Memorandumunun əlaqələrin genişləndirilməsi
baxımından önəmi qeyd olunub.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o
cümlədən kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq və
qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq
məsələlərinə dair fikir mübadiləsi aparıblar.