Bakı.
Yaponiya hökuməti 2026-cı maliyyə ilində silahlı qüvvələrin
ehtiyacları üçün rekord məbləğ – 9 trilyon yendən çox (58 milyard
ABŞ dollarından artıq) vəsait ayırmağı planlaşdırır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bu vəsaitin bir hissəsi uzunmənzilli raketlərin
alınmasına və pilotsuz uçuş aparatlarından istifadə etməklə müdafiə
sisteminin yaradılmasına yönəldiləcək. Hazırda ölkənin Müdafiə
Nazirliyi bu məsələnin Maliyyə Nazirliyi ilə razılaşdırılması
istiqamətində danışıqlar aparır.
Ayrılan vəsaitin əhəmiyyətli hissəsi 1 000 km-dən artıq uçuş
məsafəsinə malik “Tip-12” raketlərinin və yerli istehsal olan səs
sürətini üstələyən planerlərin alınmasına, eləcə də Böyük Britaniya
və İtaliya ilə birgə altıncı nəsil döyüş təyyarəsinin
hazırlanmasına sərf ediləcək.

