Azərbaycan Yaponiyanın paytaxtı Tokioda Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransında (ACDR2025) iştirak edir.
“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin səhifəsində paylaşım edilib.
“Tokioda 2025-ci il dekabrın 17-də rəsmi olaraq Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransı işə başlayıb. Azərbaycan nümayəndə heyətinə Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov rəhbərlik edir”, – paylaşımda qeyd edilib.
Xatırladaq ki, Tokioda 17-19 dekabr tarixlərində ACDR2025 konfransı keçiriləcək. Konfransın mövzusu “Dayanıqlığın birgə yaradılması: meqa-fəlakətlərə hazır dayanıqlı cəmiyyətə doğru”dur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

