“Arpaçay” kanallarının yenidən qurulmasına 46 milyon manat xərclənəcək

Baş səhifə
Arpaçay kanallarının yenidən qurulmasına 46 milyon manat xərclənəcək

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “Arpaçay sağ sahil” və “Arpaçay sol sahil” magistral kanallarının yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “Hovers Group” MMC-dir.

Qalib şirkətə 46,358 milyon manat ödəniləcək.