Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyun keçiriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında VII turdan təxirə salınmış matç keçiriləcək.

“Report”un məlumatına görə, “Şəki” evdə “Neftçi” ilə qarşılaşacaq.

A qrupunun görüşü Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” qrupda 4-cü, “Şəki” isə 5-ci pillədə yer alıb. Hər iki komandanın 10 xalı var.