ABŞ 7 ölkəyə "giriş qadağandır" dedi

Baş səhifə

ABŞ yeddi ölkənin – Burkina-Faso, Mali, Niger, Cənubi Sudan, Suriya, Laos və Syerra-Leone vətəndaşları üçün ölkəyə girişinə tam qadağa tətbiq edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Bəyanata əsasən, bundan başqa, 15 ölkənin vətəndaşları üçün viza verilməsinə qismən məhdudiyyətlər tətbiq olunur: Anqola, Antiqua və Barbuda, Benin, Kot-d’İvuar, Dominika, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve.

Eyni zamanda, Vaşinqton Türkmənistan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsinə qoyulmuş qadağanı ləğv etmək, lakin immiqrasiya vizaları üzrə məhdudiyyəti qüvvədə saxlamaq qərarına gəlib