Almaniya kansleri Ukrayna ilə bağlı danışıqların hansı mərhələdə olduğunu açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Almaniya kansleri Fridrix Merts Ukrayna ilə bağlı müzakirələrin
hansı mərhələdə olduğunu açıqlayıb.

Trend xəbər verir ki, o, bu
barədə ZDF televiziya kanalına müsahibəsində danışıb.

Kanslerin sözlərinə əsasən, tərəflər Ukraynanın şərqində
demilitarizasiya olunmuş zonanın yaradılması imkanını real olaraq
müzakirə edirlər.




“Hazırda ABŞ, Rusiya, Ukrayna və Avropa arasında
demilitarizasiya edilmiş zona ilə bağlı danışıqlar gedir”, – deyə
Merts qeyd edib.

O, belə bir zonanın formalaşdırılmasını müsbət qiymətləndirərək
bildirib ki, bu addım münaqişə tərəflərini bir-birindən ayırmağa
kömək edə bilər. Eyni zamanda, kansler vurğulayıb ki,
demilitarizasiya olunmuş zonanın yaradılması xüsusi iqtisadi
zonanın tətbiqi anlamına gəlmir.

“Bir daha qeyd edirəm ki, bütün bunlar hələlik gələcəyə dair
planlardır. Biz bu mərhələyə hələ çatmamışıq”, – deyə Fridrix Merts
əlavə edib.