Laçın, Xocavənd və Ağdama növbəti köç karvanları yola salınıb

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend xəbər verir ki, bu
mərhələdə – dekabrın 17-də Laçın şəhərinə 17 ailə – 69 nəfər,
Xocavəndin Hadrut qəsəbəsinə 6 ailə – 26 nəfər, Qırmızı Bazar
qəsəbəsinə 18 ailə – 91 nəfər, Ağdamın Xıdırlı kəndinə isə 16 ailə
– 45 nəfər köçürülüb.




Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar,
həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan
Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət
diləyiblər.