Gürcüstanın xarici ticarət dövriyyəsi kəskin artıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın xarici
ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 23
milyard 216,2 milyon dollar təşkil edib. Bu da əvvəlki ilin müvafiq
dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.

Trend xəbər verir ki, bu
barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.




Xidmətin ilkin hesablamalarına görə, xarici ticarətdə ixracın
həcmi 10,1 faiz artaraq 6 milyard 618,1 milyon dollar, idxalın
həcmi isə 9,3 faiz artaraq 16 milyard 598,1 milyon dollar təşkil
edib.

Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsində mənfi
ticarət saldosu 9 milyard 980 milyon dollar təşkil edib ki, bu da
xarici ticarət dövriyyəsinin 43 faizi deməkdir.