
Polşa hərbi qulluqçuları Ukraynada təhlükəsizlik zəmanətləri çərçivəsində yerləşdirilə biləcək sülhməramlı kontingentə daxil olmayacaqlar.
“Report”un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
“Polşanın başqa vəzifələri var. Biz şərq cinahının təhlükəsizliyini təmin etməliyik. Polşa əsas qovşaq olacaq – təkcə (beynəlxalq hava limanı – red.) Yasonka deyil. Bizim limanlarımız və Ukraynanın bərpası üçün bütün logistika həlledici olacaq. Əgər Ukrayna üçün zəmanətlər faydalıdırsa, Polşa qaçılmaz olaraq logistik cəhətdən cəlb olunacaq”, – o qeyd edib.
D.Tusk həmçinin vurğulayıb ki, ABŞ-nin iştirakı olmadan effektiv sülh danışıqları üçün real şans yoxdur.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


