Ukrayna Ali Radasının bugünkü iclası başlamadan təxirə düşüb

Baş səhifə
Ukrayna Ali Radasının bugünkü iclası başlamadan təxirə düşüb

Ukrayna Ali Radasının dekabrın 16-da nəzərdə tutulan iclası tribunanın blok edilməsi səbəbindən başlamadan təxirə düşüb.

“Report”un Şərqi Avropa bürosunun Ali Radadan verdiyi məlumata görə, iclasın açılışında dövlət himninin oxunmasına baxmayaraq, deputat Maryana Bezuqla icazəsiz çıxaraq tribunanı tutub.

O, əlində Ukrayna Silahlı Qüvvələrinin Baş komandanının istefa tələbi ilə iclasa müdaxilə edib. Bu zaman deputat Sergey Taruta və digərləri ona yaxınlaşıb etiraz edəndə əlbəyaxa insident yaranıb.

Spiker Ruslan Stefançuk qanunvericilikdə dövlət himninə və parlamentin fəaliyyətinə hörməti xatırladaraq M.Bezuqladan tribunanı tərk etməyi tələb edib. Lakin o tərk etməyib. Nəticədə iclasın başlaması 15 dəqiqlik təxirə düşüb.

15 dəqiqədən sonra iclas başlasa da, Bezuqla tribunadan çəkilməyib.