Əli Əsədov Həştərxanın qubernatoru ilə görüşdü

Baş səhifə

Baş nazir Əli Əsədov dekabrın 16-da Azərbaycanda səfərdə olan Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycanın Rusiyanın müxtəlif subyektləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığı qeyd olunub.

Ticarət-iqtisadi və investisiya sahələrində qarşılıqlı fəaliyyətin artırılması, nəqliyyat-logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb.

Həştərxan vilayəti tərəfindən Qubadlı rayonunda uşaq bağçasının inşası qeyd edilib.

Söhbət zamanı “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafına, həmçinin Xəzər dənizinin dayazlaşması probleminə xüsusi diqqət yetirilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.