“Köçkünlük illərində Bakıda doğulmuşam. Doğma Xocalımız haqqında həmişə valideynlərim danışırdı. Artıq ora qayıdırıq. Çox xoşbəxtəm”.
Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Xocalının Seyidbəyli kəndinə köç edən Tamara Şirinova bildirib.
O, Prezident İlham Əliyevə ailəsi adından təşəkkür edib: “Torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizə allahdan rəhmət diləyirəm. Qazi qardaşlarımıza can sağlığı arzulayıram. Bizə bu günü yaşadan prezidentimizə ailəmiz adından dərin təşəkkürümü bildirirəm”.

