Bu il sürücülük hüququ olmadan idarə edilən avtomobil qəzalarında 66 nəfər həlak olub, 84-ü isə yaralanıb

Baş səhifə

Bakı. Trend:

Nəqliyyat vasitələrinin sürücülük hüququ olmadan idarə edilməsi
ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının səbəbləri içərisində
xüsusi diqqət çəkir. Təkcə cari ilin 11 ayı ərzində bu qəbildən
olan 113 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 66 nəfər
həlak olub, 84 nəfər isə yaralanıb.

Trend xəbər verir ki, bu
barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına
deyilir.

Bildirilir ki, sözügedən qanun pozuntusunun yetkinlik yaşına
çatmayan şəxslər tərəfindən törədilməsi isə əksər hallarda valideyn
məsuliyyətsizliyindən qaynaqlanır.




“Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanın azyaşlı
övladlarına həvalə edir, lakin uşaqlıq həvəsinin onların arzularını
yarıda qoyacağını unudurlar.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ
olmadan idarə edilməsi, eləcə də nəqliyyat vasitəsini onu idarəetmə
hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının
ağır faciələrə səbəb olduğunu bir daha xatırladır və belə halların
aşkarlanması üçün xüsusi texniki vasitələrdən də istifadə etməklə
nəzarət-profilaktik tədbirlərin daha da gücləndirildiyini
bildirir”, – qurumdan əlavə olunub.