
Bakı. Trend:
Coca-Cola şirkətinin istehsal etdiyi “Bonaqua”, Azərbaycanda və
beynəlxalq arenada həm istehlakçıların, həm də tərəfdaş qurumların
etibarını qazanmış aparıcı içməli su brendlərindən biri kimi
mövqeyini daha da möhkəmləndirir. Brendin artan nüfuzunun əsasını
isə müasir texnologiyalara əsaslanan istehsal prosesi, yüksək
keyfiyyət standartları, ekoloji məsuliyyət və geniş tərəfdaş
şəbəkəsi təşkil edir.
Belə ki, 2025-ci ildə “Bonaqua” suları “Beynəlxalq Dad
İnstitutu” tərəfindən təqdim edilən nüfuzlu “Üstün Dad Mükafatı”na
layiq görülüb. Bu mükafat bir daha “Bonaqua”nın yalnız dadına
deyil, eləcə də istehsal prosesindəki peşəkarlığına görə beynəlxalq
səviyyədə tanındığını təsdiqləyir.
“Bonaqua”nın etibarlılığı təkcə istehlakçı rəylərində deyil,
eyni zamanda onunla əməkdaşlıq edən qurumların seçimində də öz
əksini tapır. Şamaxı FK, ASAN Könüllülər, “Nargis” Fondu kimi bir
çox nüfuzlu təşkilatlar “Bonaqua”nı rəsmi su tərəfdaşı kimi
seçir.
Həkim-diyetoloq, AQTİ eksperti Tutu Zeynalova da
bildirir ki, brendin keyfiyyətə davamlı nəzarəti, həmçinin istehsal
standartlarına ciddi riayəti onu bazarda etibarlı və təhlükəsiz
içməli su brendlərindən biri kimi fərqləndirir:
“Bədənin normal fəaliyyətini təmin etmək üçün gün ərzində
kifayət qədər və keyfiyyətli su qəbul etmək böyük əhəmiyyət
daşıyır. Belə ki, ümumi bədən kütləsinin təxminən 55–70%-i; beyin,
ürək və ağciyərlər kimi həyati orqanların 75–80%-i; qanın isə
80%-dən çoxu sudan ibarətdir. Lakin istehlakçılar su seçimində
diqqətli olmalıdır. Orqanizmi su ilə təmin etmək üçün hər brendə
güvənmək olmaz. Keyfiyyətli, mineralalrla zəngin sulara üstünlük
verilməlidir. “Bonaqua” gündəlik istifadə üçün rahatlıqla tövsiyə
edilə bilən sular sırasına daxildir. Bunun əsas səbəbləri suyun
təmiz və etibarlı mənbədən əldə olunması, mineral balansının
optimallaşdırılması, keyfiyyət standartlarına uyğunluğudur”.
Qeyd edək ki, “Bonaqua” brendi “Coca-Cola” şirkətinin yüksək
keyfiyyətli içkilər portfelinə daxildir. Brendin istehsalında
müasir texnologiyalarla təmizlənmiş təbii su mənbələrindən istifadə
olunur.
Xatırladaq ki, “Coca-Cola” 2025-ci ildə Azərbaycanda 30 illik
yubileyini qeyd edib. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü
ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola
İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın
yaradılması ilə başlayıb və o vaxtdan bəri “Coca-Cola”, “Fanta”,
“Sprite”, “Bonaqua”, “Cappy” və “Fuse Tea” kimi məşhur
sərinləşdirici içki markalarının istehsalı və satışı ilə
məşğuldur.

