Azərbaycandan avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq yükdaşımaları artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan avtomobil
nəqliyyatı vasitələri ilə 12,397 milyard ABŞ dolları dəyərində
5,778 milyon ton beynəlxalq yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə
nisbətən dəyər ifadəsində 1,029 milyard ABŞ dolları və ya 9,1%,
həcm ifadəsində isə 396,8 min ton və ya 7,4% çoxdur.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan
2,287 milyard ABŞ dolları dəyərində 2,462 milyon ton yük ixrac
edilib ki, bu da illik müqayisədə dəyər baxımından 376,1 milyon ABŞ
dolları və ya 19,7%, həcm ifadəsində isə 345,7 min ton və ya 16,3%
artım deməkdir.




Eyni zamanda, cari ilin ilk 11 ayında avtomobil nəqliyyatı
vasitəsilə Azərbaycana 10,110 milyard ABŞ dolları dəyərində 3,315
milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən dəyər ifadəsində 653,4 milyon ABŞ dolları və
ya 6,9%, həcm baxımıdan isə 51,1 min ton və ya 1,6% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda
yüklərin daşınma vasitələri üzrə ümumilikdə 44,589 milyard ABŞ
dolları dəyərində 53,808 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni
dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,5 milyard ABŞ
dolları və ya 3,4% çox, həcm ifadəsində isə 642,4 min ton və ya
1,2% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan
ümumilikdə 23,401 milyard ABŞ dolları dəyərində 44,146 milyon ton
yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 936,6
milyon ABŞ dolları və ya 3,8% azalma, həcm ifadəsində isə 249,2 min
ton və ya 0,6% artım deməkdir.

Eyni zamanda bu ilin ilk 11 ayında yüklərin daşınma vasitələri
üzrə Azərbaycana ümumilikdə 21,188 milyard ABŞ dolları dəyərində
9,662 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni
dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,4 milyard ABŞ
dolları və ya 12,9% çox, həcm baxımıdan isə 891,6 min ton və ya
8,4% azdır.