Xətaidə evdən 12400 manat oğurlayan şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Xətai rayonunda evlərin birində talama cinayəti baş
verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
zərərçəkən polisə müraciət edərək müxtəlif vaxtlarda yaşadığı evdən
naməlum şəraitdə 12401 manatının oğurlanmasını bildirib.




Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 31
yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.