Bakı. Trend:
Rusiyanın Moskva vilayətinin Qorki-2 qəsəbəsində elit
məktəblərdən birinə silahlı hücum olub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, hücumu həyata keçirən şəxs 15 yaşlı
məktəblidir. O soyuq silahla məktəbin mühafizəçisi və iki şagirdə
xəsarətlər yetirib.
Zərərçəkənlərdən biri – dördüncü sinif şagirdinin aldığı ölümcül
yaradan dünyasını dəyişdiyi bildirilir.
İnsident vaxtı 100-ə yaxın şagird təhlükəsizlik məqsədilə idman
zalına təxliyə olunub.
Hücumu həyata keçirən şəxs polis tərəfindən saxlanılıb.

