Azərbaycandan dəniz nəqliyyatı vasitəsilə beynəlxalq yükdaşımaların həcmi azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı
vasitələri ilə 2,258 milyard ABŞ dolları dəyərində 2,420 milyon ton
yük daşınıb.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə
nisbətən dəyər ifadəsində 185,9 milyon ABŞ dolları və ya 7,6%, həcm
ifadəsində isə 162,8 min ton və ya 6,3% azdır.

Belə ki, hesabat dövründə bu nəqliyyat vasitəsilə Azərbaycandan
151,7 milyon ABŞ dolları dəyərində 231,7 min ton yük ixrac edilib
ki, bu da illik müqayisədə dəyər baxımından 63,6 milyon ABŞ dolları
və ya 72,1%, həcm ifadəsində isə 152,9 min ton və ya 2,9 dəfə artım
deməkdir.




Eyni zamanda, cari ilin ilk 11 ayında dəniz nəqliyyatı
vasitəsilə Azərbaycana 2,1 milyard ABŞ dolları dəyərində 2,2 milyon
ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən dəyər ifadəsində 249,5 milyon ABŞ dolları və
ya 10,6%, həcm baxımıdan isə 315,6 min ton və ya 12,6% azdır.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda
yüklərin daşınma vasitələri üzrə ümumilikdə 44,589 milyard ABŞ
dolları dəyərində 53,808 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni
dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 1,5 milyard ABŞ
dolları və ya 3,4% çox, həcm ifadəsində isə 642,4 min ton və ya
1,2% azdır.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan
ümumilikdə 23,401 milyard ABŞ dolları dəyərində 44,146 milyon ton
yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 936,6
milyon ABŞ dolları və ya 3,8% azalma, həcm ifadəsində isə 249,2 min
ton və ya 0,6% artım deməkdir.

Eyni zamanda bu ilin ilk 11 ayında yüklərin daşınma vasitələri
üzrə Azərbaycana ümumilikdə 21,188 milyard ABŞ dolları dəyərində
9,662 milyon ton yük idxal edilib. Bu isə 2024-cü ilin eyni
dövründəki göstəriciyə nisbətən dəyər ifadəsində 2,4 milyard ABŞ
dolları və ya 12,9% çox, həcm baxımıdan isə 891,6 min ton və ya
8,4% azdır.