
Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan dünyanın 21
ölkəsinə 11,5 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilən 22,1 milyon ton xam neft və neft məhsulları ixrac
olunub.
Bu barədə Trend-ə
Azərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində bu, 1,8 milyard ABŞ dolları və ya 13,5% azdır, həcm
baxımından isə bu göstərici 576 min ton və ya 2,7% artıb.
Cari ilin ilk 11 ayında ixrac olunan məhsulların ümumi ixrac
həcmindəki payı 49,21% təşkil edib.
Eyni zamanda hesabat dövründə Azərbaycandan 390,3 milyon ABŞ
dolları dəyərində 671,1 min ton ton xam məhsullardan başqa, bitumlu
süxurlardan alınmış neft və neft məhsulları; tərkibində neft və ya
neft məhsullarının miqdarı 70 kütlə faizi və ya daha çox olan
məhsullar ixrac edilib.
Ötən ilin ilk 11 ayı ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 68,1 milyon ABŞ dolları və ya 21,1% , həcm ifadəsində
isə 154 min ton və ya 29,8% artıb.
Bu dövr ərzində qeyd olunan məhsulların ölkənin ümumi
ixracındakı payı 1,67% təşkil edib.

