Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Azərbaycanın işçi hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini bəyənir

Baş səhifə

“Azərbaycan Beynəlxalq Həmkarlar Konfederasiyasının etibarlı üzvüdür”.

APA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) VIII Qurultayına onlayn müraciətində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Triaql deyib.

O, Azərbaycanın təşkilatın işinə mühüm töhfə verdiyini deyib: “Biz hökumətlər, işəgötürənlər və işçilər arasında dialoqu təmin edirik. Azərbaycanın bu sahədə bizə yardımı təqdirəlayiqdir. Ümumiyyətlə, Azərbaycanın işçi hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini bəyənirik və dəstəkləyirik. Bundan sonra da təşkilatımızın fəaliyyətində Azərbaycanın dəstəyinə güvənirik”, – Luk Triaql qeyd edib.