
Bakı. Trend:
Azərbaycanlı məşhur tenor Yusif Eyvazov ötən gün London Kral
Balet və Opera evinin (Royal Ballet and Opera) səhnəsində
çıxış edib.
Trend xəbər verir ki,
möhtəşəm bir heyət London səhnəsində Puççininin dünyaşöhrətli
“Turandot” operasını təqdim edib.
Həmyerlimiz, Xalq artisti Yusif Eyvazov Kalaf obrazını, məşhur
soprano Anna Netrebko isə şahzadə Turandotu canlandırıb. 18, 20 və
23 dekabrda opera tamaşasının London səhnəsində növbəti təqdimatı
olacaq.
Yusif Eyvazovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrının orkesti və aktyorları yanvar ayında Omanda
Maskat Kral Opera evində “Toska” tamaşası ilə daha bir qastrolda
olacaq.

