
Bakı. Trend:
Yerli kapital bazarlarının lider investisiya şirkəti
PAŞA Kapital, ölkənin bank sektorunda 15 ildən
artıqdır ki, geniş xidmət şəbəkəsi ilə fəaliyyət göstərən
“AFB Bank” ASC-yə məxsus istiqrazların qapalı
yerləşdirilməsinə start verib.
5 milyon ABŞ dolları həcmində, ümumi sayı
50 000 ədəd olan istiqrazların əsas
xüsusiyyətləri:
- Nominal dəyər: 100 USD;
- Gəlirlilik faizi: İllik 7.8%;
- Faiz ödənişi: Rüblük;
- Tədavül müddəti: 18 ay;
- Növ: Sənədsiz, adlı, faizli, təmin
edilməmiş; - Yerləşdirilmə üsulu: Qapalı
İstiqrazları əldə etmək istəyən həm fiziki, həm də hüquqi
şəxslər, emissiyanın anderrayteri qismində iştirak edən PAŞA
Kapital İnvestisiya Şirkətinin 1548 qısa nömrəli
Çağrı Mərkəzinə və ya şirkətin
Aktiv istiqraz təklifləri veb səhifəsi vasitəsilə müraciət
edərək, keçiriləcək hərracda iştirak edə bilərlər.
Qeyd edək ki, Azərbaycan bank sektorunun fəal iştirakçılarından
biri kimi AFB Bank biznes və fərdi müştərilərə müasir tələblərə
cavab verən keyfiyyətli maliyyə xidmətlərini ölkə üzrə 7 filial, 4
şöbə və 56 bankomat vasitəsilə təqdim edir.
PAŞA Kapital İnvestisiya Şirkətinin məhsul və xidmətləri
haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya
və ya https://www.pashacapital.az/
saytına daxil ola bilərsiniz.

