
Azərbaycanda ali təhsil müəssisələrinin büdcəsi tələbəyə bağlıdır.
“Report” xəbər verir ki, bunu elm ve təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransının (NASCO XXVIII) açılış mərasimində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, məqsəd tələbə sayını süni şəkildə artırmaq yox, əksinə, qəbul planını optimallaşdırmaq, tələbə sayını müəyyən qədər azaltmaqla hər bir tələbəyə düşən resursu və diqqəti artırmaq olmalıdır:
“Bununla əlaqəli qısamüddətli hədəflər deyil, uzunmüddətli strategiya olmalıdır. İstəyimiz odur ki, ali təhsillə elm arasında daha çox əlaqə yaradaq. Bu istiqamətdə əsaslı şəkildə kəmiyyət artımı ilə yanaşı keyfiyyət artımı da var”.
MƏLUMAT YENİLƏNİR…
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


