Bakı. Trend:
Boliviyanın Santa Kruz departamentində baş verən güclü daşqınlar
nəticəsində azı 20 nəfər həyatını itirib, eyni sayda insan itkin
düşüb.
Trend xəbər verir
ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Alfredo Troşe
məlumat verib.
Onun sözlərinə görə, hazırda 20-dən çox insan itkin hesab olunur
və suyun səviyyəsi azaldıqca, xilasedicilərin axtarış işlərini
davam etdirməsi fonunda ölənlərin sayının arta biləcəyi istisna
olunmur. Troşe bu barədə Boliviya televiziyasında çıxışı zamanı
bildirib.
Departament rəhbərliyi Santa Kruz bölgəsini fəlakət zonası elan
edib. Daşqınlardan ən çox El Torno bələdiyyəsi zərər çəkib.
Hakimiyyət orqanlarının məlumatına əsasən, təbii fəlakət
nəticəsində 600-dən çox ailə zərər görüb.
Qeyd edək ki, dekabrın 13-də Santa Kruz departamentində güclü
yağışlar yağıb və bu, bölgədəki bir neçə çayın məcrasından
çıxmasına səbəb olub.

