Finalissima gələn ilin mart ayında keçiriləcək

Baş səhifə

Bakı. Trend:

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael
Luza bildirib ki, 2026-cı il Finalissima oyunu mart ayında baş
tutacaq və İspaniya ilə Argentina arasında keçiriləcək.

Trend-in
məlumatına görə, əvvəlcə oyunun Qətərdə, “Lusail İkonik”
Stadionunda keçiriləcəyi bildirilmişdi.




Luza qeyd edib: “Finalissima kimi tanınan bu arzu mart ayında
gerçəkləşəcək. Biz məsələni UEFA ilə yekunlaşdırmağa yaxınıq və
rəsmi təsdiq gözləyirik”.

İspaniya hazırkı Avropa çempionu, Argentina isə “Copa
America”nın qalibidir. Bununla belə, Argentinanın hücumçusu Lionel
Messi daha əvvəl matçda iştirak etməyəcəyini açıqlayıb.