İlon Mask sərvəti 600 milyard dolları keçən ilk insan oldu

Baş səhifə

Bakı. Trend:

İlon Mask sərvəti 600 milyard dolları aşan ilk insan olub.

Trend xəbər verir
ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşr qeyd edir ki, Maskın xalis sərvətinin artımı kosmik
tədqiqatlarda ixtisaslaşmış SpaceX şirkətinin bazar dəyərinin
yenidən qiymətləndirilməsi ilə bağlıdır. Tender təkliflərinin
başlamasından sonra şirkətin dəyəri avqust ayında 400 milyard
dollardan dekabr ayında 800 milyard dollara yüksəlib.




“Forbes” jurnalı hesab edir ki, SpaceX səhmlərinin təxminən
42%-inə sahib olan Maskın xalis sərvəti 168 milyard dollar artaraq
Moskva vaxtı ilə saat 20:00-da 677 milyard dollara çatıb.

Qeyd edək ki, İlon Mask əvvəlki rekorda da sahibdir: oktyabr
ayında o, xalis sərvəti 500 milyard dolları keçən ilk şəxs
olmuşdu.