
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika ordusu Latın
Amerikası narkotik kartellərinə qarşı quru əməliyyatlarını həyata
keçirəcək.
Trend xəbər verir
ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib.
Prezident dəniz nəqliyyatı vasitəsilə ABŞ-a narkotik
qaçaqmalçılığının 94% azaldığını göstərən məlumatları paylaşaraq
deyib: “Biz onlara quruda hücum etməyə başlayacağıq ki, bu, açığı,
daha asandır. Lakin onlar Amerika Birləşmiş Ştatları üçün birbaşa
hərbi təhlükə yaradırlar. Onlar ölkəmizi narkotiklərlə doldurmağa
çalışırlar”.

