“Mançester Yunayted” – “Bornmut” oyunu 4:4 hesabı ilə başa çatıb

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 16-cı turu “Mançester Yunayted” və “Bornmut” komandaları arasında keçirilən matçla yekunlaşıb.

Trend xəbər verir
ki, “Old Trafford” stadionunda baş tutan qarşılaşma 4:4 hesabı ilə
yekunlaşıb.




Gərgin mübarizə şəraitində keçən oyunda hər iki komanda hesabda
növbə ilə öndə olub, lakin heç biri üstünlüyünü qoruya
bilməyib.

Bu nəticə ilə “qırmızı şeytanlar” xallarını 26-ya, “Bornmut” isə
21-ə yüksəldib.