Bakı. Trend:
İranın İsfahan əyalətində yerləşən fabriklərin birində baş verən
partlayış nəticəsində doqquz nəfər həlak olub.
Trend İran
KİV-lərinə istinadən xəbər verir ki, bu barədə əyalətin fövqəladə
hallar idarəsinin rəhbəri Mənsur Şişaforuş məlumat verib.
Onun sözlərinə görə, yanğın Barhur şəhərində, Dövlətabad Sənaye
Parkında fəaliyyət göstərən elektronika istehsalı fabrikində qeydə
alınıb.
Şişaforuş bildirib ki, hadisə nəticəsində zavodun doqquz işçisi
qazdan zəhərlənərək ölüb və aparılan xilasetmə tədbirləri nəticəsiz
qalıb.
Qeyd edək ki, 1 700 hektar ərazini əhatə edən Dövlətabad Sənaye
Parkı İsfahanın şimalında yerləşir və İranın ən böyük sənaye
parklarından biri hesab olunur.

