
NASA-nın məlumatları Kaliforniyada dəhşətli reallığı ortaya çıxarıb.
Metbuat.az xəbər verir ki, Los-Anceles dairəsindəki Palos Verdes yarımadası həftədə 10 santimetrə qədər okeana doğru sürüşür. Məlumata görə, mütəxəssislər bu tendensiyanın davam edəcəyi təqdirdə ərazinin dağılacağını bildirirlər. Bildirilir ki, ABŞ-nin ən sıx bölgələrindən olan Kaliforniya, dəniz səviyyəsinin yüksəlməsi və qurudakı hərəkət səbəbindən böyük təhlükə altındadır. Torpağın sürüşməsi davam edərsə, yarımada bir il ərzində 500 santimetrdən çox bata bilər.
Bu vəziyyət, Kaliforniyada dəniz səviyyəsinin 2050-ci ilə qədər 15-37 santimetr artacağı proqnozları ilə birlikdə, bölgə üçün ikiqat təhlükə yaradır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

