Los-Ancelesdə Yeni il gecəsi planlaşdırılan terror hücumunun qarşısı alınıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Yeni il gecəsi
Los-Ancelesdə planlaşdırılan terror planının qarşısını aldığını
açıqlayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bununla bağlı 4 nəfər həbs
olunub.




FTB-nin məlumatına görə, onlar Yeni il gecəsi Los-Ancelesdə
əldəqayırma partlayıcı qurğulardan istifadə edərək beş ayrı-ayrı
yerdə koordinasiyalı bomba hücumları planlaşdırıblar. Açıqlamaya
əsasən, ekstremist qrupla əlaqəli olduğu güman edilən beşinci şəxs
Yeni Orleanda başqa bir hücum planlaşdırmaqda şübhəli bilinərək
həbs olunub.