Azərbaycan mebel idxalını artırıb

Baş səhifə

Bakı.Trend:

Bu ilin ilk on ayı ərzində Azərbaycana 362 milyon 760 min
manatlıq mebel idxal olunub. 2024-cü ilin 12 ayı ərzində bu rəqəm
279,4 milyon manat olub.

Bu barədə Trend-in sualına cavab olaraq Azərbaycan Mebel
İstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan məlumat
verib.

O qeyd edib ki, bu il mebel idxalında ötən ilə nisbətdə 30%
artım müşahidə edilib.

T.Ozan bildirib ki, ölkəmizə müxtəlif ölkələrdən mebel və mebel
məhsulları idxal olunur. Türkiyə , Çin və İtaliya mebel idxalında
siyahıya liderlik edirlər.




“Bugün mebel istehsalınin inkişaf etdirilməsi üçün ölkəmizdə
kifayət qədər yaxşı şərait var . Mebel sahəsi inkişaf etdikcə
ölkəmizdə mebel məhsullarının ixracı prosesi də artıq
başlayıb”.

T.Ozan qeyd edib ki, mebelçilərimiz öz məhsullarını dünya
bazarlarına çıxarmaq üçün yeni və əlverişli bazarlar
axtarırlar.

“Məsələn, son illər ərzində Qazaxıstan , Gürcüstan , Çexiya ,
Bolqarıstan və ABŞ kimi ölkələrə mebel ixracını həyata
keçiririk”,-deyə o əlavə edib.