Bakı. Trend:
Hintistanın paytaxtı Yeni Dehlidə hava çirklənməsi kritik həddə
çatıb, məktəblər hibrid təhsilə keçib
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, şəhərin ətrafındakı 39 ölçmə
stansiyasından 38-də hava çirklənməsi “şiddətli” səviyyədə qeydə
alınıb.
Hindistanın Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası ölkədə
hava çirklənməsi ilə mübarizə məqsədilə Aşamalı Mübarizə Fəaliyyət
Planının (GRAP) 4-cü mərhələsini tətbiq edib. Qərara əsasən, Yeni
Dehlidə məktəblərdə hibrid təhsil sisteminə keçilib.
Hava Keyfiyyəti üzrə Erkən Xəbərdarlıq Sisteminin (AQEWS)
proqnozlarına görə, bölgədə hava çirklənməsinin bu gün də
“şiddətli” səviyyədə qalacağı, 16 dekabr tarixlərində isə “çox pis”
kateqoriyasında olacağı gözlənilir.
Rəsmilər sabahdan etibarən küləyin sürətinin artmasının hava
çirklənməsində qismən azalma yarada biləcəyini bildirirlər.

